Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı onlayn interaktiv tədbir keçiriləcək

31 May 2020 13:12 (UTC+04:00)

Bakı Uşaq və Gənclər Teatrı “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birlikdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün internet üzərindən interaktiv tədbir keçirəcək.

SİA-nın məlumatına görə, əyləncəli, intellektual və teatrlaşdırılmış tədbir Bakı Uşaq və Gənclər Teatrının “Facebook” hesabından saat 11:00-da canlı yayımlanacaq.