"Türkiyədə qalan tələbələrin geri qaytarılmasına şərait yaradılmalıdır" Qənirə Paşayeva

31 May 2020 12:14 (UTC+04:00)

“Qardaş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan prezidentinin siyasətinin əsas istiqamətlərindən biridir. Bu sənəd də həmin siyasətin həyata keçirilməsini təmin edir”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib.

O, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin də müraciətini diqqətə çatdırıb: “İyunun 15-də Türkiyədə tədris yekunlaşır. Bu uşaqlar iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar. Təxminən 2400 nəfər qeydiyyatdan keçib və onların qayıtması zəruridir. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Bu ailələrin əksəriyyəti uşaqlarının biletlərini almağa da razıdırlar. İyunun 15-nə qədər çarter reyslərlə bu uşaqların ölkəmizə geri qaytarılmasına şərait yaradılmalıdır. Aidiyyəti qurumlardan bu məsələni diqqətə almağa xahiş edirəm. Yataqxanadan artıq çıxarılma mərhələsində olan uşaqların ölkəyə gətirilməsi məsələsi öz həllini tapmalıdır”.