"Ölkə başçısı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi" Əli Hüseynli

31 May 2020 11:43 (UTC+04:00)

“Prezident İlham Əliyev ötən gün AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən icvlasında cari məsələlərin müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.

O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçdi: “Ölkə başçısının fikirləri həm tövsiyə xarakteri daşıyırdı, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı”.

Ə. Hüseynli qeyd edib ki, Ulu öndər Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetləri güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı: “Bu cür tarixi analiz nəticəsində Azərbaycan heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qəırarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər ölkə başçısının bu çıxışına bir sıra mətbuat nümayəndələri də bu məsələni düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı, heç tarixçilər bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif edilməsinə heş bir ehtiyac yoxdur”.