Dünya üzrə COVID-19-dan ölənlərin sayı 370 mini ötüb Azərbaycanda isə ...

31 May 2020 11:35 (UTC+04:00)

Dünyada yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən həyatını itirən şəxslərin sayı 370 mini ötüb. SİA xəbər verir ki, dünya üzrə virusa yoluxanların sayı isə 6 milyon 145 minə çatıb.

Ən çox itki isə ABŞ-da 105 min nəfərlə qeydə alınıb. Belə ki, ölümlə nəticələnən yoluxmaların sayı:

38 min nəfər - İngiltərədə,

33 min nəfər - İtaliyada,

28 min nəfər - Fransada,

28 min nəfər - Braziliyada,

27 min min nəfər - İspaniyada,

9 min min nəfər - Belçikada,

9 min nəfər - Meksikada,

8 min nəfər - Almaniyada,

7 min nəfər - İranda,

7 min nəfər - Kanadada,

5 min nəfər - Hollandiyada,

5 min nəfər - Hindistanda,

4 min nəfər - Çində,

4 min nəfər - Rusiyada.

Ölkədə 1000-dən çox ölüm faktı qeydə alınan ölkələr isə bunlardır:

Türkiyədə - 4 min nəfər,

İsveçdə - 4 min nəfər,

Peruda - 4 min nəfər,

Ekvadorda - 3 min nəfər,

İsveçrədə - 1919 nəfər,

İrlandiyada - 1651,

İndoneziyada - 1573,

Portuqaliyada - 1396 nəfər,

Pakistanda - 1395 nəfər,

Rumıniyada - 1259 nəfər,

Polşada - 1061 nəfər.

Dünya üzrə 2 milyon 726 min nəfər yoluxmuş şəxs sağalsa da, 3 milyon 47 min nəfərin müalicəsi hələ də davam etdirir.

Qeyd edək ki, Azərbaycanda hazırkı dövrə qədər 5246 nəfər virusa yoluxub, onlardan 61 nəfər vəfat edib. 1858 nəfərin müalicəsi isə xüsusi rejimli xəstəxanalarda davam etdirilir. COVID-19-a yoluxmuş 3327 nəfər isə sağalaraq evə buraxılıb.