Dünyada koronavirusdan ölənlərin sayında ciddi artım olub

31 May 2020 09:36 (UTC+04:00)

Dünya miqyasında koronavirus səbəbilə dünyasını dəyişənlərin sayında ciddi artım olub. SİA xəbər verir ki, bu günə qədər 371 min 6 nəfər infeksiyanın törətdiyi xəstəlikdən dünyasını dəyişib.

Hazırda yoluxanların sayı 6 milyon 160 min 299 nəfərdir. 2 milyon 738 min 286 nəfərsə sağalıb.

Bundan başqa, 3 milyon 51 min 7 nəfərin müalicəsi davam edir. Onlardan 53 min 515 nəfərin vəziyyəti kritik qiymətləndirilir.

Bu gün ərzində 9 min 816 yeni yoluxma, 500 ölüm qeydə alınıb.