Litvada NATO hərbi qüvvələrinin istifadəsi üçün kiçik dəmir yolu məntəqəsi açılıb

31 May 2020 07:55 (UTC+04:00)

Litvada NATO hərbi qüvvələrinin ölkədə istifadəsi üçün nəzərdə tutulan kiçik dəmir yolu məntəqəsi açılıb.

SİA xəbər verir ki, uzunluğu 1 kilometr olan dəmir yolu məntəqəsi Litvanın şərqindəki Pabrade şəhərindəki təlim bölgəsini ölkənin yeganə dəniz limanı Klaypeda ilə birləşdirəcək. Yeni açılan dəmir yolu xətti ilə Klaypeda limanına ilk olaraq Amerika ordusunun texnikası gətiriləcək.

“Yeni açılan dəmir yolu xətti nəinki ABŞ hərbi qulluqçularının yerini dəyişdirməsini və evə qayıtmalarını asanlaşdırır, həm də onların respublikaya gəlişini də asanlaşdırır. Mən əminəm ki, Amerika qoşunları Litvaya olduqca fəal şəkildə dönəcək”, – deyə ABŞ-ın Litvadakı səfiri Robert Qilkrist söyləyib.