Yaponiyanın şimal sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

31 May 2020 00:57 (UTC+04:00)

Yaponiyanın şimal sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Hokkaydo prefekturasının Tokati dairəsi yaxınlığında, ocağı isə okean qatı altında 90 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Zəlzələ prefekturanın bütün rayonlarında hiss edilib.