Türkiyənin Hakkari vilayətində iki türk hərbçisi şəhid olub

31 May 2020 01:21 (UTC+04:00)

Türkiyənin Hakkari vilayətində iki türk hərbçisi şəhid olub, biri isə yaralanıb.

SIA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Hakkarinin Çukurca bölgəsində kəşfiyyat-nəzarət əməliyyatı həyata keçirən Türkiyə ordusunun hərbçilərinə edilən terror hücumu nəticəsində belə bir hadisə baş verib.

Terror aktını törədən terrorçuların qaçdığı istiqamət Türkiyə tərəfdən davamlı atəşə tutulub, hərbi əməliyyatlar davam edir.