Türkiyənin Diyarbəkir vilayətində bir polis şəhid olub

30 May 2020 19:55 (UTC+04:00)
Türkiyənin Diyarbəkir vilayətində Bağlar rayonunda bir polis şəhid olub. SİA xəbər verir ki, rayon mərkəzində polisin "dayan" əmrinə tabe olmayan silahlı şəxs ona atəş açıb. Nəticədə yaralanan polis xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.