Daşkəsən rayonuna dolu düşüb

30 May 2020 19:38 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 millimetr olan dolu düşüb. Xidmətdən SİA-ya bildiriblər ki, həmin rayona saat 18:18-18:28 radələrində isə diametri 13 millimetr olan dolu yağıb.

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu düşməsi qeydə alınıb.