Koronavirusla bağlı son statistika - Gürcüstanda

30 May 2020 11:27 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində 11 nəfər koronavirusa yoluxub.

SİA xəbər verir ki, bununla da qonşu ölkədə infeksiyaya yoluxanların sayı 757-yə çatıb.

Xəbərə görə, yoluxanlardan 600 nəfəri sağalıb, 12-si isə dünyasını dəyişib.

Hazırda 250 nəfər yoluxma şübhəsi ilə nəzarətdə saxlanır.