İki yük maşını toqquşub Ölənlər var

30 May 2020 09:17 (UTC+04:00)
Sumqayıt şəhərində "DAF" və "КamAZ" markalı iki yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən SİA -ya verilən məlumata əsasən, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "DAF" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və "КamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.