Bakıda yanğın baş verib.
SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Taxta materialların qalan hissəsi yanğından mühafizə olunub.