Klublar Komitəsinin iclasında çempionatımızın başlanma perspektivləri müzakirə ediləcək

30 May 2020 00:46 (UTC+04:00)

Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

SİA AFFA-nın saytına istinadən xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.