"Kursların fəaliyyətinə indiki dövrdə icazə yoxdur"

29 May 2020 19:18 (UTC+04:00)

"Uçuşlar pərpa olunduğu halda sərnişinlərin uçuşdan əvvəl testlərdən ödənişli və ya ödənişsiz əsaslarla keçirilməsi indiki dövr üçün müzakirə edilməyib". SİA-nın verdiyi məlumata görə bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

İbrahim Məmmədov bildirib ki, gələcək dövrdə uçuşların bərpası ilə bağlı qərar qəbul edildikdə bu barədə məlumat veriləcək: "Həmçinin kursların fəaliyyətinə də icazə yoxdur. Yalnız repetitorların fəaliyyətinə fərdi qaydada icazə verilir".