"Plazmadan istifadə etməklə vəziyyəti ağır xəstələr həyata qaytarıldı" Ramin Bayramlı

29 May 2020 19:05 (UTC+04:00)

"Vəziyyəti orta ağır xəstələrin plazmasından istifadə daha effektiv nəticə verdi. Belə ki, virusdan sağalan orta ağır xəstələrin plazmasından istifadə etməklə onların plazması vəziyyəti ağır olan xəstələrə köçürüldü". SİA-nın verdiyi məlumata görə, bunu mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı deyib.

Ramin Bayramlı bildirib ki, bununla da nəticədə çox ağır xəstələrimiz həyata qaytarıldı: "Biz plazmasını bağışlamış sağalmış vətəndaşlarımıza təşəkkürümüzü bildiririk və xahiş edirik ki, plazma bağışlamaların sayı artsın. Qeyd etmək istəyirik ki, bu heç bir halda təhlükəli sayılmır".