Qapalı idman müəssisələrinin fəaliyyətinin bərpası gözlənilmir

29 May 2020 18:53 (UTC+04:00)

"Açıq idman yarışlarının keçirilməsi ilə bağlı metodiki göstərişlər hazırlanıb. Bu metodiki göstərişlər təsdiq edilmək üzrə Nazirlər Kabinetinə təqdim olunmuşdur". SİA-nın verdiyi məlumata görə, bunu mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı deyib.

Ramin Bayramlı bildirib ki, bu göstərişlər koronavirusinfo.az-da qeyd ediləcək: "Digər tərəfdən qapalı idman müəssisələrinin fəaliyyətinin bərpası isə yaxın günlərdə gözlənilmir".