"Mall"ların nəzdində bu müəssisələr çalışmayacaq

29 May 2020 18:49 (UTC+04:00)

"Yoluxma halı çox olan adı çəkilən rayonlarda sərt karantin qaydaları tətbiq edilə bilər. Bu rayonlarımızın vətəndaşlarına müraciət edərək bildirmək istəyirik ki, müəyyən olunan qaydalara riayət etməlidirlər". SİA-nın verdiyi məlumata görə, bunu mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, "Mall"lar və iri ticarət müəssisələri fəaliyyətini bərpa etsə də onların nəzdində uşaq əyləncə mərkəzləri, teatr, kinoteatr və qida bloqları fəaliyyət göstərməyəcək: "İri alış-veriş mərkəzlərinin fəaliyyəti ilə bağlı müəyyən metodiki göstərişlər hazırlanır. Həmçinin Sədərək Ticarət Mərkəzində çalışan və xidmətlərdən istifadə edəcək vətəndaşlar qaydalara riayət etməlidirlər".