"Yoluxma çox olan rayonlarda sərt rejim elan edilə bilər"

29 May 2020 18:20 (UTC+04:00)

"Yoluxma çox olan rayonlarda ola bilsin ki, sərt karantin qaydaları tətbiq edilsin. Belə ki, həmin rayonlarda xüsusi rejim elan edilə bilər". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov bildrib ki, orada yoluxma hallarının çoxluğuna görə ərazi təcrid edilə bilər: "Həmin rayonda daha sərt karantin qaydaları tətbiq edilə bilər. Eyni zamanda çarter reyslərinin də həyata keçirilməsi davam edir. Belə ki, London reyisi ilə ölkəyə 40-50 nəfərin gətirilməsi nəzərdə tutulub. Eyni zamanda ABŞ-dan da çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur".