Karantin rejimindən tədricən çıxışın növbəti mərhələsinə keçilir BRİFİNQ

29 May 2020 18:09 (UTC+04:00)
"Bu gün karantin rejimindən tədricən çıxışın növbəti mərhələsini elan edirik. 2 pilləli şəkildə qərar qəbul edilib. Bu qərara əsasən həm karantin rejiminin şərtləri yumşaldılır, digər tərəfdən iqtisadi və əmək fəaliyyəti bərpa olunur. İnsanların kütləvi halda toplaşmasının qarşısı alınmaqla bu iki istiqamətdə tədbirlər görüləcək". SİA-nın verdiyi məlumata görə bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib. İ.Məmmədov bildirib ki, Nazirlər Kabinetinim qərarı ilə karantin rejimi 15 iyun saat 00:00 qədər uzadılacaq: "31 maydan etibarən bəzi məhdudiyyətlər aradan qalxacaq. Bakı, Sumqayıt, Gəncə və Lənkəranda dövlət qurumlarında 30 faizi işçi çalışırdısa artıq işçilər 100 faiz çalışacaq. Mallar və iri ticarət müəssisələrinin fəaliyyəti bərpa olunur. İdman yarışları tamaşaçısız halda həyata keçiriləcək. Restoran, kafe və çay evləri 8:00-dan 22-00 qədər həyata keçiriləcək. Eyni zamanda qəlyandan istifadə və 10 nəfərdən artıq kütləvi toplaşma istisna edilir".