"Ola bilsin ki, iyunun 15-də Lüksemburqda görüşəcəyik" Yasek Çaputovic

29 May 2020 16:32 (UTC+04:00)

Avropa Birliyi iyunun 15-də xarici işlər nazirlərinin üz-üzə görüşlərini bərpa edə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Yasek Çaputovic, cümə günü, Avropa Birliyi xarici işlər nazirlərinin videokonfransından sonra Varşavada keçirdiyi mətbuat konfransında söyləyib.

Hal-hazırda, koronavirus epidemiyası ilə əlaqədar olaraq, bu cür görüşlər video link vasitəsilə keçirilir.
"Şəxsi görüşümüzü müzakirə etdik", deyə Çaputoviç bildirib.

"Ola bilsin ki, iyunun 15-də başqa nazirlər bunu təsdiq etsələr və mən bunun tərəfdarıyamsa, Lüksemburqda Xarici İşlər Şurasında görüşəcəyik", deyə Polşanın xarici işlər naziri açıqlayıb.