Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü

29 May 2020 12:50 (UTC+04:00)

Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.