Füzulidə avtomobil aşdı ölən və yaralanan var

29 May 2020 12:35 (UTC+04:00)

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, hadisə mayın 28-də Babı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib