Gəncədə xidməti otaq yanıb

29 May 2020 09:19 (UTC+04:00)

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan xidməti otağın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.