Dohanın ən məşhur tikililərindən biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

29 May 2020 07:44 (UTC+04:00)

Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərindən biri olan Şeraton otelinin binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

SİA Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinə istinadən bildirir ki, 28 May - Respublika Günü münasibətilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.