Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Günü münasibətilə təbrikini paylaşıb

28 May 2020 22:18 (UTC+04:00)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

SİA xəbər verir ki, dövlət başçısı bayram təbriklərini "Twitter" səhifəsində paylaşaraq yazıb: "Azərbaycan Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram".