Azərbaycanın Dövlət Himni Pakistanlı qızın ifasında - VİDEO

28 May 2020 12:32 (UTC+04:00)

"Azərbaycanın Milli Günü üçün Pakistanın Karaçi şəhərindən xoş həmrəylik jesti. Azərbaycan Dövlət Himninin gənc pakistanlı qız Təhrim Qızılbaş tərəfindən məlahətli ifası". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə facebook səhifəsində qeyd edib.

Səfir əlavə edib ki, Təhrim Azərbaycanın Səfəvilər İmperiyası dövründə güclü Qızılbaş qəbilələrindən biri olan Şamlu qəbiləsindəndir. "Təşəkkürlər Təhrim və Pakistan", deyə Ə.Əlizadə yazıb.