Halı pisləşərək xəstəxanaya yerləşdirilən Sumqayıt sakini dünyasını dəyişib

28 May 2020 08:05 (UTC+04:00)

Sumqayıt sakini xəstəxanada dünyasını dəyişib.

SİA xəbər verir ki, Sumqayıt şəhər “Birləşmiş məhəllə” sakini, 1979-cu il təvəllüdlü Rzayev Rəşad Rza oğlunun yaşadığı mənzildə qəflətən vəziyyəti pisləşib.

O, dərhal xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, 41 yaşlı kişi yüksək dozalı narkotikin təsirindən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.