“Sosial şəbəkələr mühafizəkarların tərəfdarlarına qarşı qərəzli siyasətlərini davam etdirsələr, ABŞ hakimiyyəti onların fəaliyyətini sərt şəkildə tənzimləyəcək”.
SİA “rg.ru” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.
Ağ Ev rəhbəri əlavə edib ki, sosial şəbəkələrin qərəzli yanaşmalarına görə, onların fəaliyyəti bağlana bilər.
Tramp, həmçinin, “Twitter”i prezident seçkilərinə müdaxilə və söz azadlığını boğmaqda ittiham edib.