MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

27 May 2020 15:29 (UTC+04:00)

Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclas mayın 29-na planlaşdırılıb.

İclasda hökumət başçıları MDB çərçivəsində iqtisadi sahədə qarşılıqlı fəaliyyətin aktual məsələlərini, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səyləri müzakirə edəcəklər.

Yekunda bir sıra sənədlərin qəbulu nəzərdə tutulub.