Hökumət başçıları Əli Əsədovu təbrik ediblər

27 May 2020 15:12 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova 28 May - Respublika Günü münasibətilə Rusiya Federasiyasının, Gürcüstanın, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Belarus Respublikasının, Moldova Respublikasının, Latviya Respublikasının, Macarıstanın, Polşa Respublikasının, Serbiya Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının və Misir Ərəb Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, təbrik məktublarında hökumət başçıları ölkələri ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.