Qəbələdə ev yanıb

27 May 2020 14:33 (UTC+04:00)

Qəbələ rayonunun Topbağ kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. SİA-nın məlumatına görə, FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.