Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

27 May 2020 12:57 (UTC+04:00)

Gürcüstanda iyunun 1-dən etibarən iri ticarət mərkəzləri, mağazalar və müştəriləri açıq havada yerləşdirmək imkanı olan restoranlar açılacaq. SİA-nın məlumatına görə, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

İyunun 8-dən başlayaraq isə Gürcüstanda bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat işləyəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda mart ayında fövqəladə vəziyyət elan olunub. Mayın 22-də fövqəladə vəziyyət və komendant saatı ləğv edilib.