Lənkəranda zəlzələ olub

27 May 2020 12:25 (UTC+04:00)

Lənkəranda zəlzələ baş verib. AMEA Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ hiss edilib. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 10 km olub.