Bakıda mənzildən meyit tapılıb

27 May 2020 12:09 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Suslova İrina Anatolyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.