Ermənistanda daha 372 nəfər koronavirusa yoluxub

27 May 2020 11:22 (UTC+04:00)

Ermənistanda son sutka ərzində daha 372 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bununla da ölkədə ümumi yoluxma sayı 7774-ə çatıb.

Son sutkada 7 nəfər olmaqla, indiyədək 98 xəstə pandemiyanın qurbanı olub. 3255 nəfər sağalaraq evə buraxılıb. Digər səbəblərdən öldüyü iddia edilən koronavirus xəstələrinin sayı 44 nəfərdir.