Co Bayden Donald Trampı axmaq adlandırıb

27 May 2020 11:21 (UTC+04:00)

ABŞ-da keçiriləcək prezident seçkilərində demokrat namizəd Co Bayden Ağ Evin hazırkı lideri Donald Trampı axmaq adlandırıb.

SİA xəbər verir ki, Bayden bu barədə "CNN" telekanalındakı çıxışı zamanı deyib.

O bildirib ki, Donald Tramp COVID-19 pandemiyası dövründə "saxta kişilik" nümayiş etdirir. Baydenlə söhbətində telejurnalist "Anım Günü" münasibətilə keçirilən mərasimdə Trampın maskasız, Baydenin isə maska ​​və eynək taxdığını xatırladıb. Jurnalistin sözlərinə görə, ABŞ lideri rəqibini narahat etməyə və maska taxmağın zəif əlamət olduğunu göstərməyə çalışır.

"O, tamamilə axmaqdır. Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və "saxta kişilik" nümayiş etdirməməlidir", - deyə Bayden müsahibəsində qeyd edib.