Böyük Britaniyalı ekspert Azərbaycan media menecerləri üçün ali səviyyəli kurs keçirəcək

27 Aprel 2011 01:00 (UTC+04:00)

Azərbaycan Media Mərkəzi (AMM) və Dünya Qazet və Xəbər Maarifçiləri Assosiyasiyası (World Association of Newspapers and News Publishers WAN/IFRA) media menecmenti üzrə bir həftəlik təlim elan edir. SİA-nın xəbərinə görə, Böyük Brianiyadan olan media strateqiyası üzrə məsləhətçi David Brever tərəfindən aparılacaq bu kurs, 16-20 May tarixləri arası Azərbaycan Media Mərkəzində baş tutacaqdır.

Media Menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzudur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir.

5 günlük kurs ərzində auditoriyanın tələblərinin artması, həmin tələblərə necə uyğun olmaq, istifadəçilərin müraciət etdiyi bütün daşıyıcılara uyğun və münasib məzmunun əldə olunması, elektron, onlayn və sosial media imkanlarından tam istifadə edərək auditoriyanın diqqətini bütöv həcmdə cəlb etmək kimi məsələlər ətrafında müzakirələr aparılacaq.

Təlim kusru çap və onlayn nəşrlərin baş menecerləri üçün nəzərdə tutulub.