İranda ziyarətgahlar açıldı

27 May 2020 10:16 (UTC+04:00)

İranın Qum və Məşhəd şəhərlərində dini ziyarətgahlar açılıb. SİA-nın məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ziyarətgahlara gələn vətəndaşlar mütləq tibbi maskadan istifadə etməlidirlər. Bu məqsədlə ziyarətgahların qarşısında tibbi maska paylanılacaq.