“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açıldı

27 May 2020 09:55 (UTC+04:00)

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Hazırda istintaq tədbirləri davam etdirilir.