Almaniya bir sıra ölkələrlə sərhədləriin açılması haqda qərar verib

27 May 2020 09:39 (UTC+04:00)

Almaniya koronavirusla bağlı daha bir qərar verib. SİA xəbər verir ki, Almaniya hökuməti bəzi ölkələrlə sərhədlərin açılması haqda qərar verib.

Qərara görə Almaniya iyunun 15-dən 31 ölkə ilə səyahət qadağasını aradan qaldırır. Siyahıda Türkiyənin adı yer almayıb.

Məlumata əsasən, Almaniya Avropa Birliyinə üzv ölkələrdən əlavə daha 4 ölkə ilə olan qadağaları da aradan qaldıracaq.