4 bal gücündə zəlzələ qeydə alınıb - Türkiyədə

27 May 2020 09:36 (UTC+04:00)

Aralıq dənizində yeraltı təkanlar qeydə alınıb. SİA "CNN Türk"e istinadla xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Bildirilib ki, gecə 03:40 radələrində Datça vilayətinin Muğla rayonu sahillərində 4 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar yerin 6.96 km dərinliyində baş verib

İlkin məlumata görə dağıntı və insan itkisi qeydə alınmayıb.