Zaqatalada yanğın

27 May 2020 09:35 (UTC+04:00)

Zaqatala rayonunda yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, rayonun Lahıc kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.