Usta yük maşınının altında qaldı

26 May 2020 18:55 (UTC+04:00)

Gəncədə bədbəxt hadisə nəticəsində usta "Kamaz" markalı yük maşının altında qalıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, 30 yaşlı şəhər sakini Hüseyn adlı şəxs xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə usta qaynaq işləri apararkən baş verib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

İlham Məmmədov