İndiyədək 4403 nəfər koronavirusa yoluxub 2819 nəfər sağalıb, 52 nəfər vəfat edib

26 May 2020 18:26 (UTC+04:00)
Hazırkı dövrədək Azərbaycanda 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.