Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, DOST Agentliyi tərəfindən bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib. Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.