Boris Conson koronavirusdan sağaldıqdan sonra görmə qabiliyyətinin pisləşdiyini söyləyib

26 May 2020 01:22 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson yeni növ koronavirusdan sağaldıqdan sonra görmə qabiliyyətinin pisləşdiyini söyləyib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Baş nazir bu barədə mətbuat konfransında bildirib.

"Uzun illərdən sonra ilk dəfə optik eynək taxmalıyam. Düşünürəm ki, bu, koronavirusun təsirindən ola bilər”, - deyə Consan vurğulayıb.