Naxçıvana uçuşların bərpası ilə bağlı RƏSMİ MÜRACİƏT

25 May 2020 20:07 (UTC+04:00)

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə baģlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha məktubla müraciət edib.

SİA-nın ndn.az saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir: "2020-ci il aprelin 5-də Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılmışdır. Naxçıvan Muxtar Respublikasına qayıtmaq istəyən sakinlərin Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinə çoxsaylı müraciətlərini nəzərə alaraq təyyarə reyslərinin bərpası məsələsinə baxılmasını xahiş edirik".