Baş nazir ikinci koronavirus dalğası ehtimalı barədə xəbərdarlıq edib

25 May 2020 17:27 (UTC+04:00)

Kamboca baş naziri Honq Sen vətəndaşlara yeni bir koronavirus infeksiyası dalğasının yüksək olması səbəbi ilə epidemioloji təhlükəsizliyə riayət etməyə ehtiyac duyulduğu barədə xəbərdarlıq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Phnom Penh Post" qəzetinin internet versiyası məlumatl yayıb.
Bazar ertəsi günü verdiyi açıqlamada Honq Sen, koronavirus infeksiyasını dünyada yayılmağa davam edən "qəddar" bir xəstəlik adlandırıb. Qəzet bildirib ki, baş nazir Kambocalıları ayıq olmağa və fövqəladə hallar istisna olmaqla istənilən səyahətlərdən çəkinməyə çağırıb.