Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

25 May 2020 14:27 (UTC+04:00)
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 171,2 min ton ət, 659,9 min ton süd, 653,2 mln. ədəd yumurta istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən ölkədə ət istehsalı 3%, süd istehsalı 1,5%, yumurta istehsalı isə 9,3% artıb.